Slimfit
  1. MARAQLI

Dahilər karantində. Epidemiyalar zamanı dünyaya bəxş olunan böyük əsərlər və kəşflər

Dahilər karantində. Epidemiyalar zamanı dünyaya bəxş olunan böyük əsərlər və kəşflər
Sakura

Dahilər karantində. Epidemiyalar zamanı dünyaya bəxş olunan böyük əsərlər və kəşflər

Hazırda karantin dövründə müəyyən qədər əziyyət çəkirik və özümüzlə nə edəcəyimizi bilmirik. Ancaq xarici aləmdən təcrid olunmuş Şekspirin karantin zamanı "Kral Lir" i , Puşkinin isə "Mərhum İvan Petroviç Belkinin povestləri" əsərini yazdığını və ya Nyutonun almanın nə üçün düşdüyünü fikirləşdiyini bilirdinizmi?

Şekspir "təcriddə"

Etiraf edək ki, Şekspirin pyesləri bir az fərqli qəbul olunur, əgər oxuyarkən müəllifin teatr aktyoru olduğunu bilirsinizsə.. Səhnə, ümumiyyətlə, onun əsas iş yeri idi. Əlbəttə ki, onun çalışdığı truppa dövrünün ən nüfuzlu, ən mötəbərlərdən təşkil edilmişdi və Lord Chamberlain’s Men - "Lord Kemerqerin Adamları" adlanırdı . Və həmin Lord Kamerqer kral sarayının bütün "təsərrüfat" fəaliyyətinə rəhbərlik edən bir adam idi. Bundan başqa o, kraliça I Yelizavetanın əmisi oğlu idi. Bəli, bütün həyatı boyu bir insanı - Robert Dadlini sevməyə şanslı olan "bakirə kraliça"nın. Ancaq bildirmək lazımdır ki, Lord Kamerqer teatra bir qəpik də kömək etmirdi, hətta Əlahəzrət kraliça özü də oraya heç zaman yardım əlini uzatmamışdı.

Aktyorlar truppanı özləri şəxsi vəsaitləri ilə ortaq olaraq təşkil etmişdilər. Yəni kollektiv olaraq ümumi xərcləri yığışıb ödəyir və bilet satışından əldə olunan gəlirləri bərabər bölürdülər. Şekspir öz truppası üçün pyeslər yazırdı və özü də onları oynayırdı. Yeri gəlmişkən, dahi Uilyam Şekspir özü, əsasən, ikinci dərəcəli rolları ifa edirdi. Heyrətamiz deyilmi?

Ancaq günlərin bir günü belə oldu ki, teatrları bağladılar. Bu, sanitar və epidemioloji səbəblərə görə baş verdi. Bu, həmin dövrdə yayılan vəba xəstəliyi ilə bağlı edilmişdi. Həmin məcburi tətil sayəsində böyük yazıçının dramaturgiya ilə məşğul olmaq üçün əlavə fürsəti yarandı. Məhz karantin vaxtı- 1593-cü ildə Şekspir məşhur "Venera və Adonis" şeirini yazdı. 1606-cı ildə teatrlar demək olar ki, bir il işləmədikdə, "Kral Lir" , Maqbet" , "Antoni və Kleopatra" əsərlərini yaratdı.

Nyutonun özünü təcrid etməsi

60 ildən sonra İngiltərədə yenidən vəba xəstəliyi yayıldı. Bu epidemiyanı "böyük bəla" adlandırırdılar. Möminlər bunun 1666-cı il ərəfəsində baş verməsini təsadüf saymırdılar. Şekspir o zaman artıq çoxdan dünyasını dəyişmişdi, ancaq 23 yaşlı İsaak Nyuton var idi və o, Kembricdəki Müqəddəs Üçlük Kollecində oxuyurdu.

Və birdən bütün dərslər dayandırılır və tələbələr evlərinə göndərilir. Nyuton, Şərqi Britaniyadakı Linkolnşirdəki ailəsinin yanına qayıdır. Burada gənc alimin özünü çox sevdiyi məşğuliyyətlərə həsr etməyinə heç nə mane olmurdu. Məsələn, işıq nədir, onun təbiəti necədir sualı onu sakit buraxmırdı. O saatlarla şüşə prizmalarla əlləşirdi və sonda aşkar etdi ki, görünüşcə şəffaf şüa əslində müxtəlif rəngli şüaların tam spektrindən ibarətdir. Beləliklə, dağılma fenomeni kəşf edildi. Bundan başqa , məhz Vəba karantini illərində almanın Nyutonun başına düşməsi ilə bağlı məşhur əhvalatın baş verməsi, fizikin Yerin bütün cisimləri özünə çəkməsi, bununla həmçinin Ayı öz orbitində tutan görünməz bir qüvvəyə sahib olması haqqında düşünməsinə səbəb oldu. Ümumdünya Cazibə qanunu bu cür yarandı.

Boldino karantini

Bu gün məktəblərdə çox nadir hallarda Puşkinin yaradıcılığında məşhur və son dərəcə məhsuldar dövrün xoşagəlməz və gözlənilməz bir dövrlə əlaqədar olduğunu qeyd edirlər. Əslində, şair işləri ilə əlaqədar olaraq Boldinoya getmişdi, atasının oğluna toy hədiyyəsi olaraq verdiyi kəndi öz adına sənədləşdirmək istəyirdi: Aleksandr Sergeyeviç Natalya Qonçarova ilə evlənmək niyyətində idi.

Moskvada baş qaldırmış vəba epidemiyası üzündən üç ay burada qalmağa məcbur olan şairin yaradıcılığının bu dövrü "Boldino payızı" kimi tanınır. Boldinoda Puşkin "Mərhum İvan Petroviç Belkinin povestləri", "Kiçik faciələr", "Kolomnada evcik" və bir çox başqa əsərlər yazır, "Yevgeni Onegin" romanını bitirir. Puşkin buradakı ev dustaqlığını o qədər bəyənmişdi ki, sonralar da həmin malikanəyə bir neçə dəfə qayıtdı. Və yenə də payız vaxtı. Orada "Mis Atlı", "Atlar Kraliçası, Qızıl Xotuzun nağılı ...və onlarla şeiri yarandı.

Ens.az bildirir ki, müxtəlif döbrlərdə epidemiyalar bir çox başqa yazıçı və şairin həyatına da təsadüf edib və onların əksərıyyəti xəstələrin halına acımalarına baxmayaraq, ətrafdakı infeksiyaya dair ümumi səs-küyə olduqca laqeyd olublar.

Məsələn, 1820-ci illərin əvvəllərində polyak əsilli tanınmış rus dramaturq, yazıçı və diplomatı Aleksandr Qriboyedov Tiflisdə yaşayırdı. Həmin vaxt oraya İrandan vəba xəstəliyinə yoluxmuş xeyli adam gəlmişdi. Qriboyedov Küxelbekerə göndərdiyi məktubda demək olar gözləri önündə ölən dost və tanışlarının itkisi ilə əlaqədar kədərini bölüşürdü. Qeyd edək ki, onun həmin vaxt Tiflisdə "Ağıldan bəla" komediyasının ilk iki aktını yazdığı da məlumdur.

Mənə mərhəmət et, mehriban dostum! 15 ildir sadiq yoldaşım Amlixanı xatırla. Artıq o dünyada deyil. Daha sonra İrandan Şerbakov gəldi və mənim qollarımda əzab çəkdi; Bir neçə saatlıq çıxdım, qayıdanda gördüm ki, artıq tabuta qoyurlar.

Aleksandr Qriboyedov

1822-ci ildə Vilhelm Küxelbekerə yazdığı məktubdan

Rus şairi, diplomat, mühafizəkar publisist, 1857-ci ildən Peterburq Elmlər Akademiyasının müxbir üzvü olan Fyodor Tyutçev 1830-cu illərin əvvəllərində Münhendə diplomat kimi çalışırdı. Burada şeir yazır və öz etirafına görə şəhərdə tüğyan edən vaba xəbərlərini sakit qarşılayırdı.

Vəba xəstəliyinin tez-tez baş verməsinə baxmayaraq, bizdə kiçik təəssürat da yaratmadı. Son altı ildə onun haqqında danışmaq qulaqlarımı yağır elədi və Münhendə onun baş verməsi mənim gözlərim önündə yeni bir mənzərə yaratmadı.

Fyodor Tyutçev

Valideynlərə 1836-cı il dekabrın sonunda yazdığı məktubdan

Başqa bir rus yazıçısı İvan Qonçarov 1860-cı illərdə son monumental əsəri - "Uçurum" romanı üzərində işi tamamladı. 1866-cı ildə müəllifin Parisdən çoxdankı dostu İvan Turgenyevə yazdığı məktublardan biri maraqlıdır. Qonçarov, istirahət etdiyi Bulonda vəba epidemiyasından bəhs edir. Xüsusilə, bazarda satılan meyvələrdən alıb yavaş-yavaş küçələrdə necə gəzdiyini və bu hərəkətinin ətrafındakıları dəhşətə gətirdiyini izah edir.

Vəba hadisəsini öyrəndikdən sonra armudları kağıza sarımağa başladım, vicdanım sakit oldu.

İvan Qonçarov

1866-cı ildə İvan Turgenyevə yazdığı məktubdan.

Mənbə: life.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR