Slimfit
  1. MARAQLI

Dahi Eynşteynin beyni adi insanların beynindən nə ilə fərqlənir?

Dahi Eynşteynin beyni adi insanların beynindən nə ilə fərqlənir?
Sakura

Dahi Eynşteynin beyni adi insanların beynindən nə ilə fərqlənir?

Məşhur fizik Albert Eynşteynin beyni fərqli dövrlərdə bir çox elm adamı tərəfindən araşdırılıb.

BAKU.WS
xəbər verir ki, Enşteynin beynin həcminin digər insanların beyin həcmindən heç bir fərqi yoxdur, amma struktur baxımından bəzi kiçik fərqliliklərin olduğu məlumdur.

Alimlər fizikin beyninin girintilərinin daha dərin olduğunu, sağ beyin yarımkürəsindəki pre-frontal korteks hissəsinin daha geniş olduğunu aydınlaşdırmışdırlar. Bu tapıntılar Eynşteynin yüksək zəka qabiliyyətləri və riyazi dahiliyi ilə əlaqələndirilir.

Fotoşəkildə xüsusi bir kimyəvi məhlul içərisində saxlanan insan beyni məşhur fizik Albert Eynşteynə aiddir. Vəsiyyətindən sonra fizikin beyni dövrün məşhur pataloqlarından olan Tomas Harvey tərəfindən çıxardılaraq bu qab içinə yerləşdirilib. 

Məşhur fizik Albert Eynşteyn 18 aprel 1955-ci ildə, 76 yaşında aorta anevrizması cırılması səbəbiylə vəfat edib. Onun beyninin qalan hissələri Marylanddəki Milli Sağlamlıq və Tibb Muzeyində saxlanılır.

Patoloq Thomas Harvey 1955-ci ildə apardığı yarılma işi əsnasında Eynşteynin beyninin çoxsayda fotoşəklini çəkmişdi.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR