Slimfit
  1. İQTİSADİYYAT

Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib
Sakura

Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Beyləqan rayonunun Əmirzeyidli kəndinə təbii qaz verib.

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki,183 abunəçisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 908 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR