Daha bir TƏBİB rəsmisinin ailəsində koronavirusa yoluxma
“Koronavirusa yoluxan şəxslərin yenidən bu xəstəliyə düçar ola biləcəyi ilə bağlı dəqiq söz demək olmaz”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Y.Qarayeva bildirib ki, onun yaxınları arasında da koronavirusa yoluxanlar var:
“Onlara da məsləhət görürəm ki, özlərini maksimum qorusunlar. Bu xəstəliyə yoluxan və sağalan şəxslərdən seroloji testlər götürülərək, onların orqanizmində virusa qarşı immunitetin formalaşıb-formalaşmaması müəyyən olunur.
Amma bütün hallarda virusa yoluxub sağalan şəxsin yenidən yoluxma ehtimalına dəqiq cavab vermək hələlik mümkün deyil”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət