Slimfit
  1. DÜNYA

Daha bir sərnişin gəmisində koronavirus aşkarlandı

Daha bir sərnişin gəmisində koronavirus aşkarlandı
Sakura

Daha bir sərnişin gəmisində koronavirus aşkarlandı

ABŞ-ın Kaliforniya ştatının sahilindəki 3 500 nəfəri daşıyan sərnişin gəmisində aparılan müayinə nəticəsində 21 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens söyləyib.

İlkin mərhələdə 46 nəfərdən alınan nümunələr üzərində aparılan analizlərin nəticəsində 19-u ekipaj üzvü, 2-si sərnişin olmaqla ümumilikdə 21 nəfərdə koronavirus qeydə alınıb.

Mayk Pens açıqlamasında gəminin qeyri-kommersiya limanına lövbər salacağını və bütün sərnişinlərdən analizin alınacağını vurğulayıb.

Bundan başqa, Yaponiya sahilində “Diamond Princess” və Misirdə Nil çayında üzən kruiz gəmilərində koronavirus aşkarlanmışdı.

Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 17 nəfərdir. Virus daşıyıcılarının sayı isə 300-ü ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 242-ə çatıb. Bunların 57 624 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR