Venesuelada bank əməliyyatlarında dollar istifadə edilməyəcək
Venesuelada bank əməliyyatlarında dollar istifadə edilməyəcək.
“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, ölkənin iqtisadiyyat nazirinin müavini Tareck Əl Aissami Venesuelaya iqtisadi təzyiqlərdə dolların “silah” olaraq istifadə edildiyini, buna görə də bundan sonra avro və yuana üstünlük veriləcəyini açıqlayıb.
O, ABŞ tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının beynəlxalq hüquqa zidd olduğunu, lakin bu bəhanəyə sığınaraq təslim olmayacaqlarını bildirib:
“ABŞ bir tərəfdən Venesuelanın beynəlxalq əməliyyatlarını dayandırır, digər tərəfdən də xalqımıza yardım etməkdən danışır. Bu, ABŞ hökumətinin ikiüzlülüyüdür. Onların edə biləcəyi ən böyük yardım imperializm pəncəsini ölkəmizin üstündən çəkməyidir. Bizi azad buraxsınlar. Heç kimi yeni müstəmləkəsi olmayacağıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət