Slimfit
  1. CƏMİYYƏT

Daha bir nəfər Azərbaycana ekstradisiya edildi

Daha bir nəfər Azərbaycana ekstradisiya edildi
Sakura

Daha bir nəfər Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışa verilmiş daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ens.az-a bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının və «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Çingiz Akif oğlu Mahmudzadənin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Çingiz Mahmudzadənin xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Ç.Mahmudzadə oktyabrın 5-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstandan ölkəmizə gətirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR