Boks millimizə daha bir legioner gətirilib
Boks millimizə daha bir legioner gətirilib.
Oxu.Az xəbər verir ki, bu, 81 kq çəki dərəcəsində kubalı legioner Alfonso Dominqesdir.
Olimpiya Oyunlarının mükafatçısı, Avropa Oyunları, İslam Həmrəylik Oyunlarının qalibi Teymur Məmmədov boksla vidalaşdıqdan sonra bu çəkidə Rauf Rəhimov, Eldar Quliyev adlı istedadlı boksçularımız olsa da, onlara millidə yer tapılmayıb.
Bu boksçu ötən il yanvar ayında Azərbaycan birinciliyində iştirak etsə də, onun çıxışı qalmaqalla yadda qalıb. Nəticədə, idmançı heç finala çıxa bilməyib. Finala isə adını çəkdiyimiz yerli idmançılar çıxıb.
Alfonso Dominqes “Qəbələ” klubunun üzvüdür. Ümumiyyətlə, bu klub legionerlərin milliyə gətirilməsi üçün bir vasitə rolunu oynayır. Belə ki, ondan öncə daha bir kubalı Lorenso Sotomayor milliləşdirilib və o da hazırda bu klubun üzvüdür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət