Slimfit
  1. DÜNYA

Daha bir İran şirkəti Ermənistanda: Bu dəfə təbrizli...

Daha bir İran şirkəti Ermənistanda: Bu dəfə təbrizli...
Sakura

Daha bir İran şirkəti Ermənistanda: Bu dəfə təbrizli...

İran şirkəti Ermənistanda smart televizorların yığılmasını həyata keçirəcək.

Axar.az xəbər verir ki, bununla bağlı razılaşma bu gün Sünik vilayətində keçirilən investisiya forumunda imzalanıb. İrəvanla bu istiqamətdə müqaviləni İranın “Parlar Soph Asia Co.” Şirkətinin nümayəndəsi Cəfər Sübhi Qeşalaqi imzalayıb.

Müqaviləyə əsasən, yeni müəssisə Qafan şəhərində açılacaq. İran tərəfi müəssisənin açılışına 2 milyon dollar sərf edəcək.

Forumda çıxış edən Qeşalaqi bu layihənin ölkədə yeni iş yerləri açmağa və İran-Ermənistanın inkişafı üçün stimul olmağa yardım edəcəyini bildirib:

“Mən əslən Təbrizdənəm. Bizim şəhərdə ermənilər və iranlılar əsrlərdir bir-birinə hörmət edərək sülh içərisində yaşayırlar. Bu, yeni müştərək iş üçün gözəl əsasdır”.

Qeşalaqi həmçinin gələcəkdə Ermənistandan digər Avrasiya İttifaqı respublikalarına ixracla məşğul olmaq niyyətində olduqlarını bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR