Daha bir icra başçısı şəhid ailəsini ziyarət etdi
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhid qardaşlar Mehman və Vaqif Bayramovların ailəsini evində ziyarət edib və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə onları təbrik edib.
""Qafqazinfo"nun məlumatına görə, icra başçısı bildirib ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.
Görüşün sonunda şəhid ailəsinə bayram sovqatı təqdim olunub. Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə - Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildiriblər.
Şəhidin atası Dilqəm Bayramov şəhər rəhbərinin onlarla görüşməsini, təbrik etməsini şəhid ailələrinə olan qayğının ən bariz nümunəsi kimi qiymətləndirib
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət