Slimfit
  1. DÜNYA

Daha bir dövlət rus qazından imtina edir

Daha bir dövlət rus qazından imtina edir
Sakura

Daha bir dövlət rus qazından imtina edir

Moldova rus qazına alternativ olaraq rumın qazından istifadə edə bilər.

Axar.az xəbər verir ki, bunu “RTR Moldova” televiziyasına müsahibəsində Moldova Baş naziri Pavel Filip deyib. Onun sözlərinə görə, rumın qazı ölkə əhalisinin tələbatını tam ödəmək qabiliyyətindədir:

“Bizim layihələrimizdən biri Avropanın, daha dəqiq desək Rumıniyanın qaz sisteminə qoşulmaqdır. 2019-cu ilin sonuna qədər rus qazına alternativimiz olacaq. Bu qaz əhalinin tələbatını tam qarşılayacaq. Doğrudur, bu layihə kifayət qədər çətindir, amma Rumıniyanın “Transqaz” şirkəti və Avropa Fondları Nazirliyi bunu maliyyələşdirməyi öhdəliyinə götürüb”.

Qeyd edək ki, bundan öncə Polşa 2022-ci ilə qədər rus qazını ABŞ-ın sıxılmış qazı ilə əvəzləyəcəyini bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR