Dərc edildi: Baxış sayı: 814
Daha 3 ölkə Rusiyaya qarşı neft müharibəsi elan etdi
Dünyada neft müharibəsi davam edir. Belə ki, İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də neftin qiymətinə təsir etmək niyyətindədir.
Axar.az "Blumberq"ə istinadən xəbər verir ki, İraq neftin bir barrelini 5 dollardan aşağı qiymətə satmağa hazır olduğunu bəyan edib. Küveyt isə neftinin qiymətini 6 dollar endirib. BƏƏ də neft hasilatını artırmaq niyyətini ortaya qoyub.
Qeyd edək ki, martın 6-da OPEK+ ölkələrinin toplantısında Rusiya və Səudiyyə Ərəbistanı neftin hasilatı ilə bağlı razılıq əldə edə bilmədiyi üçün ərəblər hasilatı artırıb. Bundan sonra isə neftin qiymətində kəskin ucuzlaşma qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət