Slimfit
  1. CƏMİYYƏT

Daha 201 həmvətənimiz Moskvadan Bakıya gətirildi

Daha 201 həmvətənimiz Moskvadan Bakıya gətirildi
Sakura

Daha 201 həmvətənimiz Moskvadan Bakıya gətirildi

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün daha bir çarter reysi ilə Moskvadan COVID-19 pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı gətirib.

AZAL-dan verilən məlumata görə, reys ilə 201 nəfər soydaşımız Azərbaycana geri qayıdıb.

Reysə COVID-19 testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.

Mənbə: Oxu.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR