Slimfit
  1. AZƏRBAYCAN

"Daewoo Bus Kazakhstan" Azərbaycana avtobus ixrac etmək niyyətindədir

"Daewoo Bus Kazakhstan" Azərbaycana avtobus ixrac etmək niyyətindədir
Sakura

"Daewoo Bus Kazakhstan" Azərbaycana avtobus ixrac etmək niyyətindədir

 "Daewoo Bus Kazakhstan" şirkəti Azərbaycana avtobus ixrac etmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu "İnterfaks Qazaxıstan"a şirkətin baş direktorunun müavini Marat Makişev deyib.

M.Makişev hazırda istehsal etdikləri avtobusların Rusiya, Azərbaycan, Tacikistan və digər MDB ölkələrinə ixracı ilə bağlı çalışdıqlarını vurğulayıb.

O, 2019-cu ildə avtobus istehsalını 3 dəfə artırmaq niyyətində olduqlarını da bildirib. "Ötən il 120, bu il 210 ədəd avtobus istehsal olunub. Növbəti ildə bu rəqəmi 300-400 ədədə  çatdırmağı planlaşdırırıq", - şirkət rəsmisi qeyd edib.

Xatırladaq ki, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində "KazakhExport" ixracın sığortalanması şirkətinin nümayəndələri ilə görüş zamanı Qazaxıstan Respublikasının nümayəndələri avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarında dövlət tənzimlənməsi, Qazaxıstannda Çin və Koreya şirkətləri tərəfindən müştərək müəssisələrin yaradılması və eyni zamanda "Daewoo", "Hyundai" və "İveco" markalı avtobusların, həm də elektromobillərin istehsalı barədə təqdimatla çıxış edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR