CXP lideri Kılıçdaroğlu müşavirlərini işdən çıxarıb
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıçdaroğlu tərəfindən müşavir və baş məsləhətçilərinin səlahiyyətlərinə xitam verilib.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə partiyanın bəyanatında deyilir.
“Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu tərəfindən 4 iyun 2023-cü il tarixindən əvvəl müşavir və baş müşavir kimi təyin edilmiş bütün şəxslərin səlahiyyətlərinə 14 iyun 2023-cü il tarixindən xitam verilib.
Onların hər birinə Cümhuriyyət Xalq Partiyası adından fəaliyyətlərinə görə təşəkkür edirik.
Hörmətlə ictimaiyyətə açıqlanır”-, məlumatda deyilir.
“Haber Qlobal”ın müxbiri Saliha Çolakın əldə etdiyi məlumata görə, CXP-dən çıxarılan adlar arasında Tuncay Özkan, Ünal Çeviköz və Ərdoğan Toprak da var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət