Slimfit
  1. MEDİA

“Cümhuriyyət Parlamentariləri” mövzusunda debat simulyasiyası baş tutub.

“Cümhuriyyət Parlamentariləri” mövzusunda debat simulyasiyası baş tutub.
Sakura

“Cümhuriyyət Parlamentariləri” mövzusunda debat simulyasiyası baş tutub.

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin (DVC) birgə təşkilatçılığı ilə “Cümhuriyyət Parlamentariləri” mövzusunda gənclərin iştirakı ilə debat simulyasiyası baş tutdu.

“Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyinə həsr olunmuş” silsilə tədbirlər çərçivəsində həyata keçirilmiş debat simulyasiyası zamanı 1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfrasında ölkəmizin de-fakto tanınması prosesinin simulyasiyası baş tutmuş eyni zamanda, iştirak edən dövlətlər gənclər təşkilatlarının nümayəndələri tərəfindən təmsil edilib. Oflayn şəkildə baş tutan debatda 7 ölkə - Gürcüstan, Azərbaycan, Böyük Britaniya, Fransa, Amerika, İtaliya, Yaponiya ölkələrini iki nəfərlik nümayəndə heyətləri təmsil edərək çıxış ediblər.

Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk demokratik dövlət olmaqla yanaşı, qadınlara kişilərlə bərabər seçki hüququ verən dövlətlərdən biri olmuşdur. İrqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etmiş və bütün vətəndaşların hüquqi bərabərliyi təmin edilmişdir. Məhz bu dövrdə, ölkəmizin bayrağı qəbul olunmuş, himni və gerbi hazırlanmışdır. Azərbaycan Xalq Cümhuriyyəti maarifçilik, elm, təhsil, incəsənət və mədəniyyət sahələrinə xüsusi diqqət göstərmiş və bu sahədə əsaslı işlər görərək qısa zamanda köklü dəyişikliyə nail olmuşdur. 23 aylıq ömrü olan Azərbaycan Parlamenti ikinci dəfə 1991-ci il 18 oktyabrda Azərbaycan Respublikası olaraq yenidən müstəqilliyini bərpa etmişdir. Ölkəmizin inkişaf yolunda Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. Məhz, onun uğurlu siyasətinin nəticəsidir ki, humanist və sülhsevər siyasət yürüdərək, xalqımızın gələcəyini daha firəvan yaşamasına işıq olmuş, müstəqilliyimiz dönməz, dövlətçiliyimiz isə əbədiləşmişdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR