Slimfit
  1. CƏMİYYƏT

“Cümə namazı üçün xütbənin “onlayn” qaydada verilməsi mümkündür” - Deputat

“Cümə namazı üçün xütbənin “onlayn” qaydada verilməsi mümkündür” - Deputat
Sakura

“Cümə namazı üçün xütbənin “onlayn” qaydada verilməsi mümkündür” - Deputat

“Əslində məscidlər kütləvi ibadətlər üçün deyil, fərdi və günlük ibadətlər üçün açılmalıdır. Girişdə çox sayda adamın yoxlanılması mümkün olmadığına görə Cümə namazı vaxtı virusa yoluxma risqi böyük olur”.

Ens.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa məscidlərin açılması barədəki tələbləri şərh edərkən bildirib.

O deyib ki, günlük ibadətlər üçün məsciddə sosial məsafə saxlamaq və müəyyən sayda insanların daxil olmasını tənzimləmək və girişdə temperaturun və qoruycu maskanın olub-olmamasını yoxlamaq mümkündür.

“Fikrimcə, Cümə namazı üçün xütbənin və ibadətin dəqiq bir vaxtda “onlayn” qaydasında bir məsciddən reportajla verilməsi və insanların kiçik qruplar halında evdə və ya iş yerlərində öz ibadətlərini yerinə yetirməsi təmin oluna bilər. Bunun üçün İctimai Televiziyanın imkanlarından istifadə etmək mümkündür. Əslində İctimai Televiziyanın həm də borcudur ki, cəmiyyətin əhəmiyyətli sayda olan inanclı insanlarının tələbatını anlayışla qarşılasın. Dindarlar üçün həqiqətən çətin bir durumdur, lakin toplumun ümumi salamatlığı üçün bu məhdudiyyətlərdən uzaq durmaq da mümkünsüzdür”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR