Slimfit
  1. İDMAN

Cüdoçumuz Avropa kubokunda qızıl medal qazanıb

Cüdoçumuz Avropa kubokunda qızıl medal qazanıb
Sakura

Cüdoçumuz Avropa kubokunda qızıl medal qazanıb

Azərbaycanı 60 kq çəki dərəcəsində təmsil edən Oruc Vəlizadə İtaliyanın paytaxtı Romada keçirilən cüdo üzrə Avropa kubokunda qızıl medal qazanıb.

Bu barədə Cüdo Federasiyasının rəsmi saytında məlumat yerləşdirilib.

Cüdoçumuz Rusiya, Fransa, Qazaxıstan nümayəndələrini məğlub edərək qrup birincisi kimi yarımfinala çıxıb. 

Bu mərhələdə fransız Silveyn Julenə qalib gələn Vəlizadə finalda qazaxıstanlı Dauren Syukenovu da məyus edərək Avropa kubokunun sahibi olub. 

Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Rövşən Əliyev bürünc medal uğrunda görüşdə uduzaraq 5-ci yeri tutub. 

66 kq çəki dərəcəsində yarışan Tərlan Kərimov isə ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıb. 

Qeyd edək ki, İtaliya turnirində 46 ölkədən 275 cüdoçu iştirak edir. 

Beynəlxalq yarışa fevralın 17-də yekun vurulacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR