Slimfit
  1. İDMAN

Cüdoçularımız Avropa kubokunda 6 medal qazanıblar

Cüdoçularımız Avropa kubokunda 6 medal qazanıblar
Sakura

Cüdoçularımız Avropa kubokunda 6 medal qazanıblar

Almaniyanın Sarbrüker şəhərində cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mötəbər turnirin ikinci günü millimiz üçün daha uğurlu olub. Belə ki, təmsilçilərimiz 2 qızıl, 1 gümüş medal qazanıblar.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. +100 kq çəki dərəcəsində isə Azərbaycan finalı yaşanıb. Belə ki, həlledici görüşdə Uşanqi Kokauri və Şahin Qəhrəmanov üz-üzə gəlib. Kokauri qızıl, Qəhrəmoanov isə gümüş medal əldə edib.

Bununla da, millimiz Avropa Kuboku yarışını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Qeyd edək ki, 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı qitə turnirində Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR