Slimfit
  1. PSİXOLOGİYA

Çox şəkil paylaşmaq xəstəlikdir - Psixoloq

Çox şəkil paylaşmaq xəstəlikdir - Psixoloq
Sakura

Çox şəkil paylaşmaq xəstəlikdir - Psixoloq

Artıq yay mövsümünün başlaması ilə əlaqədar hər kəs səyahətə yollanır. İstirahət edənlər arasında bəziləri tətil günlərindən sosial şəbəkələrdə çoxsaylı fotolar paylaşırlar. Sanki istirahət müddətində də virtual məkandan ayrıla bilmirlər. Bu cür hal çoxları tərəfindən normal qarşılansa da, mütəxəssislər bunun psixoloji problemin göstəricisi olduğunu bildirirlər.

Məsələylə bağlı Axar.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, hər anını sosial şəbəkə paylaşan şəxslərin ciddi psixoloji problemi var.

“Bəzi insanlar nəinki səyahətdə olarkən, hətta adi günlərdə də davamlı olaraq sosial şəbəkə hesablarında paylaşmaq üçün şəkil çəkdirirlər. Belə insanlar gün ərzində 20-dən çox şəkil paylaşırlar. Bu isə psixologiyada normal hal kimi qarşılanmır. Bir insan gün ərzində 3 dəfədən artıq foto paylaşarsa, bu, həmin şəxsdə psixoloji problem olmasının göstəricisidir. Bu problemlər şəkilin hansı fondan çəkilməsindən asılı olaraq selfitis xəstəliyi, şəxsiyyət və davranış pozuntusu da ola bilər”, - psixoloq bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR