Slimfit
  1. MARAQLI

“Çox həyəcanlı idik” - Heydər Əliyevin toyunda iştirak etdiyi ailə

“Çox həyəcanlı idik” - Heydər Əliyevin toyunda iştirak etdiyi ailə
Sakura

“Çox həyəcanlı idik” - Heydər Əliyevin toyunda iştirak etdiyi ailə

Ümummilli Lider Heydər Əliyevin 1999-cu ilin martında Biləsuvar rayonunda toylarında iştirak etdiyi Qarabağ müharibəsi iştirakçısı Tuqay Rzayev və həyat yoldaşı Aygün Quliyeva Azərbaycan Televeziyasında yayımlanan “Telesəhər” verilişinin qonaqları olublar.

Ens.az “Qafqazinfo”-ya istinadən bildirir ki, onlar həmin günlə bağlı xatirələrini bölüşüblər.

“Böyüklərimizin toy şənliyimizdə iştirakı əvəzsizdir, o cümlədən, Ümummilli Lider Heydər Əliyevin iştirakı böyük bir şərəf idi. Bu, onu göstərdi ki, o, həmişə xalqının yanında və xalqı ilə isti münasibətdədir. Bizim bundan (Heydər Əliyevin toyda iştirak edəcəyindən -red.) xəbərimiz var idi və çox həyəcanlı idik. Doğrudan da, mən özüm də həyəcan keçirirdim. Onun orada bizə olan xeyir-duası yadımızda qalıb. Elə bil, xeyir-duanı öz övladlarına verirdi. Bizimlə, o cümlədən, rəqsi də yadda qalıb”, - Aygün Quliyeva deyib.

“Mən onda çox həyəcanlı idim. Əlbəttə, kim olsa, həyəcanlı olardı. Ulu öndərlə rəqs etmək hər adamın işi deyil, qorxardı, çəkinərdi. Ailəlikcə ulu öndərlə rəqs etdik”, - Tuqay Rzayev bildirib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR