Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

COVID-19 əleyhinə peyvəndin insanlar üzərində sınaqları oktyabrda başlanacaq

COVID-19 əleyhinə peyvəndin insanlar üzərində sınaqları oktyabrda başlanacaq
Sakura

Bu məqsədlə zəruri olan 10 min doza peyvənd hazırlanacaq

Ens.az bildirir ki,  Tailandın ən qədim Çulalonqkorn Universitetinin bir qrup alimi COVID-19-a qarşı hazırladıqları peyvəndin meymunlar üzərində  sınaqlarını müvəffəqiyyətlə başa çatdırıblar və oktyabr ayında könüllü şəxslər üzərində sınaqlara başlamağa hazır olduqlarını elan ediblər.

Bu barədə məlumatı adı çəkilən ölkənin paytaxtı Banqkokdakı mətbuat konfransında Universitetdəki peyvənd inkişaf proqramının rəhbəri Kiat Rakrunqtham açıqlama verib. 

Bu ilin may ayında Tailand Səhiyyə Nazirliyi, Çulalonqkorn Universitetində hazırlanan peyvəndin heyvanlar üzərində təcrübi sınaqlarının avqustda sona çatacağını və könüllü insanlar üzərində isə  oktyabrda başlayacağını bildirmişdi.

"Biz meymunlar üzərində sınaqların ikinci və son mərhələsini başa vurduq. İndi insan könüllüləri üzərində sınaqlar üçün zəruri olan 10 min doza peyvəndin istehsalına başlanacaq. İstehsal prosesi oktyabr ayına qədər yekunlaşacaq" Rakrunqtham bildirib.

"Bizdə artıq könüllü olmaq istəyənlərin müraciətləri var, sentyabr ayının sonuna qədər 5000 nəfəri seçəcəyik. Birinci qrup oktyabr ayında peyvənd olunacaq. Noyabr ayında bu testləri tamamlamağı planlaşdırırıq" alim bildirib.

Bununla yanaşı, alim vurğulayıb ki, bir neçə ölkədə elm adamlarının ciddi uğurlarına baxmayaraq, COVID-19-dan 2021-ci ilin ortalarına qədər kütləvi peyvənd etməyə hazır olmağı gözləməyə dəyməz. 

O, əlavə edib ki, dünyada koronavirus peyvəndinin 129 variantı hazırlanır, lakin Tailandda hazırlanmış peyvənd də daxil olmaqla yalnız 18 vaksin "tamamlanmağa yaxındır".

Alim peyvəndlərin Çində, ABŞ-da və Rusiyada fəal şəkildə inkişaf etdirildiyini və bəzilərində sınaqların artıq başa çatdığını bildirib.

Xatırladaq ki, bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı  koronavirus COVID-19 infeksiyası ilə bağlı pandemiya başlandığını elan edib. ÜST-nin son məlumatına görə, dünyada 12,3 milyondan çox insanda yoluxma hadisəsi aşkar edilmiş, 556 mindən çox insan virusdan ölmüşdür. 

Mənbə: ria.ru

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR