Slimfit
  1. DÜNYA

COVID-19-a qarşı mübarizədə nəticə göstərən dərmanlar

COVID-19-a qarşı mübarizədə nəticə göstərən dərmanlar
Sakura
:0

COVID-19-a qarşı mübarizədə nəticə göstərən dərmanlar

Avropada koronavirus epidemiyasına yoluxmuş 3200 xəstədə sınanmış və nailiyyət əldə edilmiş dərmanların siyahısı açıqlanıb.

“Sözçü” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Almaniyada nəticə verən “Remdevisir” adlı dərman vasitəsinin sınaqlarına başlayıb və onun bu ayın sonunda istifadəsinə başlanacağı gözlənilir.

Təxminən 100 min koronavirusa yoluxmuş xəstəsi olan Almaniyada ölənlərin sayının digər ölkələrlə müqayisədə az olduğu və daha da azalacağı qeyd edilib.

INSERM adlı təşkilatın araşdırmalarına görə, 3200 xəstə üzərində sınanmış dərmanların siyahısı hazırlanıb.

Siyahıda ilk yerdə ebolaya qarşı hazırlanmış “Remdevisir” yer alır.

Malyariyaya qarşı 80 illik alman istehsalı “Chloroquin” tərkibli “Resochin” ikinci yerdə qərarlaşır.

Bundan sonra isə “Lopinavir” və “Ritonavir”in birgə qəbulu effektli dərman olaraq qeyd edilir.

O, əsasən, QİÇS-ə səbəb olan İİV viruslarına qarşı istifadə olunur. Lakin bu dərman Çində gözlənilən nəticəni verməyib.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR