Dərc edildi: Baxış sayı: 755
Çorlu Məhəmməd - Allah
Namərdlər dünyanı, çapır talıyır,
Mərdi dara çəkir gədələr, Allah.
Nahaq meydandadı,pislik iş olub,
Hanı haqqı görən didələr, Allah.
Zəmanə ərlərin əyib qəddini,
Murdarlıq çoxalıb, keçib səddini,
Göstər alçaqlara sən də həddini,
Yedi azmanları güdələr,Allah.
Çorlu Məhəmmədəm gəl al canımı,
Dağıtdı kafirlər xanımanımı.
Dərd alıb əlimdən din-imanımı,
Görürsən nə çəkir dədələr,Allah.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət