Dərc edildi: Baxış sayı: 458
“COP29 İrəvanla Bakı arasında sülhün müzakirəsi üçün fürsətdir”
“Noyabrda Bakıda keçiriləcək COP29 sammiti Ermənistanla Azərbaycan arasında sülh prosesini müzakirə etmək üçün bir fürsətdir”.
“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Bizim mövqeyimiz belədir ki, COP29 diqqətimizi regionda mövcud problemlərə, İrəvanla Bakı arasında sülh prosesinə, regional sabitliyə və inkişafa cəmləmək üçün yaxşı səbəbdir”, - N.Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət