Slimfit
  1. CƏMİYYƏT

COP29 ərəfəsində Azərbaycana qarşı kiber hücumlar artacaq - AÇIQLAMA

COP29 ərəfəsində Azərbaycana qarşı kiber hücumlar artacaq - AÇIQLAMA
Sakura

COP29 ərəfəsində Azərbaycana qarşı kiber hücumlar artacaq - AÇIQLAMA

COP29 -un informasiya təhlükəsizliyinə kim cavabdehdir ?

COP29 Əməliyyat Şirkəti tərəfindən informasiya təhlükəsizliyinin təmin edilməsi "Cyberpoint" şirkətinə tapşırılıb.
Son zamanlar kibertəhlükəsziliyə cavabdeh qurum rəsmilərinin də çıxışlarından belə qənaətə gəlmək olar ki, əsas təhlükəsizlik həllərini "Cisco" təqdim edəcək.

"Ölkə.Az" xəbər verir ki, bunu İKT sahəsi üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki, əvvəllər "A2Z" tərkibində olan, sonralar ondan ayrılaraq əsasən kibertəhlükəsizlik sahəsində ixtisaslaşan "Cyberpoint" Azərbaycanda kibertəhlükəsizlik xidmətlərinin təminatçısı sahəsində ən öndə gedənlərdəndir:

"Cyberpoint" kritik inftrastruktura, bir çox iri dövlət qurumlarına və özəl şirkətlərə xidmət göstərir, kiber mütəxəssislərin yetişdirilməsi sahəsində universitetlərlə əməkdaşlıq edir. Geniş kibertəhlükəsizlik infrastrukturuna malikdir".

Ekspertin fikrincə, COP29 dünyanın diqqət mərkəzində olduğundan tədbirlərin keçirildiyi  ərəfədə və tədbirlər zamanı Azərbaycana  qarşı kiber hücumlar, DDOS hücumlar  artacaq:

"Hazırda Azərbaycanın beynəlxalq trafiki 3 magistral operatorun ("Delta Telecom", "Azertelecom" və "Aztelekom") üzərindədir.
Ümid edirəm ki, bu magistral provayderlərin işində, tədbirlər keçirilən binalarda və ərazilərdə internet problemi olmayacaq.

Bakı şəhərində parklarda və bulvar ərazisində, ictimai yerlərdə, ictimai nəqliyyatda keyfiyyətli internetin əlçatan olması vacibdir.
Güman ki, ölkədəki bütün hotellər xarici qonaqlarla dolu olacaq. COP29 ilə əlaqəli bütün obyektlərin internet təminatının alternativlər üzərindən olmasına, rəqəmsal infrastrukturuna  diqqət yetirmək də doğru olardı.

Bu günlərdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də COP29 zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün mühüm addımlar atıldığını bildirib".

Ekspertin sözlərinə görə, COP29-un internet təminatı, təhlükəsizlik və şəbəkə işləri, məlumat bazalarının qorunması, bütövlükdə rəqəmsal işlərlə bağlı əlaqələndirici qurumun formalaşdırılması, bu məsələlərdə hesabatlılıq və şəffaflığın gücləndirilməsi faydalı olardı:

"Hələlik görünən odur ki, COP29-un təhlükəsizlik və internet məsələlərində "Cyberpoint" və "Cisco" şirkəti, XRİTDX və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dövlət qurumları əsas iştirakçılardır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR