Dərc edildi: Baxış sayı: 286
COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini
Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə müsahibəsində deyib.
O xatırladıb ki, mötəbər tədbir noyabrın 11-dən 22-nə kimi davam edəcək. Hazırlıq işləri çərçivəsində müxtəlif qurumların iştirakı ilə idarəetmə mərkəzlərinin yaradıldığını deyən nazir müavini fikirlərinə belə davam edib:
“Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir. Bakı tədbiri ən maraqlı COP tədbirlərindən olacaq və alınan qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılmasında mühüm əhəmiyyət kəsb edəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət