Dərc edildi: Baxış sayı: 417
Conson Trampın təklifini rədd etdi
Britaniya Baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampın Breksit Partiyasının lideri, ultrasağçı Naycel Faracla ittifaq qurmasıyla bağlı təklifini rədd edib.
Axar.az xəbər verir ki, bunu Conson BBC-yə açıqlamasında deyib. O, Trampa etdiyi təklifə görə təşəkkürünü bildirib:
“Bu ittifaq Mühafizəkar Partiyası hökumətindən başqa bir partiyaya səs vermək deməkdir. Bu ittifaq Ceremi Korbini iqtidara gətirməyə bərabərdir. Bu mövzuda çox açıq olmaq istəyirik”, - deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət