Dərc edildi: Baxış sayı: 519
Conson kraliçaya zəng edib, üzr istədi
Britaniya Baş naziri Boris Conson parlamentin buraxılmasına icazə aldığı üçün kraliça II Yelizavetadan üzr istəyib.
Axar.az xəbər verir ki, bu məlumatı “Sandey Tayms” öz mənbələrinə istinadən yayıb. Qəzet Consonun kraliçaya Ali Məhkəmənin qərarından az sonra zəng etdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Britaniya Ali Məhkəməsi parlamentin buraxılması barədə Consonun qərarını ləğv edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət