Dərc edildi: Baxış sayı: 629
Cocuq Mərcanlıda payızlıq səpin başa çatmaq üzrədir
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində payızlıq səpin başa çatmaq üzrədir. Bu günədək 96 hektarda şum qaldırılıb, 73 hektarda taxıl, 10 hektarda yonca əkilib.
Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişi Atakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sakinlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət tərəfindən lazımi dəstək göstərilib. Prezidentinin müvafiq sərəncamları əsasında kənddə əkinlərin suvarma suyu ilə təminatı məqsədilə nasos stansiyası, suvarma kanalı inşa olunub. Uzun illər həsrətini çəkdikləri torpağı əkib-becərən cocuq mərcanlılılar cari ildə 189 ton taxıl, 168 ton qarğıdalı, 327 ton şəkər çuğunduru istehsal ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət