Slimfit
  1. MARAQLI

Coca-Cola sərinləşdirici içkisinin tərkibi nədən ibarətdir?

Coca-Cola sərinləşdirici içkisinin tərkibi nədən ibarətdir?
Sakura

Coca-Cola sərinləşdirici içkisinin tərkibi nədən ibarətdir?

Coca-Cola sərinləşdirici içkisinin tərkibi aşağıdakı kimidir:

SU: Coca-Cola-nın 90%-i sudan ibarətdir. İstifadə etdiyimiz suyun yüksək təhlükəsizlik və keyfiyyət standartlarına cavab verdiyinə əmin olmaq üçün onun keyfiyyətini davamlı olaraq nəzarətdə saxlayırıq.

KOFEİN: Hər gün milyonlarla insan tərkibində kofein olan bir çox qida və içki məhsullarını (məsələn, çay, qəhvə, şokolad və sair) istehlak edir. Müəyyən edilib ki, kofeinin qədərində istehlakı insan sağlamlığı üçün təhlükəsizdir. Bir stəkan Coca-Cola-nın (250 ml) tərkibində 24 mq kofein var və bu da bir fincan (250 ml) kofenin tərkibindəki kofein miqdarından daha azdır.

KARBON DİOKSİD: Coca-Cola sərinləşdirici içkisinin tərkibində olan karbon dioksid içkiyə təravətləndirici hisslər yaradan məxsusi qabarcıqlar və fışıltı qatır. O, atmosferdə və insan orqanizmində rast gəlinən rəngsiz və iysiz qaz maddəsidir.

KARAMEL RƏNGLƏNDİRİCİSİ: Karamel rəngləndiricisindən adətən qida və içki sektorunda rəngləndirici kimi istifadə edilir. O, Coca-Cola sərinləşdirici içkisinə xarakterik rəng verir. Karamel rəngləndiricisi qida təhlükəsizliyinə nəzarət edən beynəlxalq təşkilatlar tərəfindən təhlükəsiz qida əlavəsi kimi təsdiq olunub.

ŞƏKƏR: Bir stəkan (250 ml) Coca-Cola-nın tərkibində 26.5 qram şəkər var. Unutmayın ki, şəkər qədərində qəbul edilərsə, xeyirlidir. Onun normadan artıq istifadəsi isə faydalı deyil. Digər qida və içki məhsullarında olduğu kimi, tərkibində şəkər olan sərinləşdirici içkilərin də qədərində istifadəsi balanslaşdırılmış həyat tərzinin bir hissəsidir.

FOSFOR TURŞUSU:  Fosfor turşusu qida təhlükəsizliyinə nəzarət edən beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş təhlükəsiz qida maddəsidir. Fosfor turşusu, Coca-Cola sərinləşdirici içkisi də daxil olmaqla, digər bəzi məhsullarımızda da istifadə edilir. O, məhsula özünəməxsus dad qatır.

TƏBİİ DADLANDIRICILAR:  Coca-Cola sərinləşdirici içkisinin hazırlanmasında istifadə edilən bütün dadlandırıcılar təbiidir. Onlar Coca-Colanın unikal dadının yaradıcısıdırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR