Slimfit
  1. ƏDƏBİYYAT

Çoban Məhəmməd - Göyçənin

Çoban Məhəmməd - Göyçənin
Sakura

Çoban Məhəmməd - Göyçənin

Hər mahalda dastan olub,
Söylənir halı Göyçənin;
Qəhr elədi çarxi-fələk,
Döndü iqbalı Göyçənin;
Dağıldı ağır sürüsü,
Talandı malı Göyçənin,
Pozuldu qurğu-büsatı,
Şəni, cəlalı Göyçənin;
Suyu saf, havası xoş,
Cənnət misalı Göyçənin.

Çarxı-qəzanın qədəri
Göyçəni eylədi talan;
Qaçan dağlarda qırıldı,
Əsir oldu dalda qalan.
Aman Allah! Nə gün çəkdi
Qürbət eldə qaçqın olan;
Nə qədər doğru danışdıq;
Dedilər: ”Söyləmə yalan,
Biz ki bilirdik, əzəldən
Azdı kamalı Göyçənin”.

Ah çəkməkdən qürbət eldə
Qara bağrım qana dönüb;
Çarx dolanıb, iqbal qaçıb,
Baxt yatıb, zamana dönüb.
Görün qəzanın qədərin,
Tülkülər aslana dönüb;
Cacıq yeyib, çaşır satan
Hərəsi bir xana dönüb;
Həcv eləyib deyir bizə:
“Bəddi amalı Göyçənin”.

Göyçənin şəhəridi
Basarkeçərinən Kəvər.
Neçə iyidlər var idi
Biri birindən mötəbər;
Dava düşdü, el qırıldı
Olduq vətəndən dərbədər;
Dedilər alveri kəsilib
Gələn, gedən gətdi xəbər;
Heç yandan xırıd gəlmədi,
Bağlandı yolu Göyçənin.

Göyçəni abad elədi,
Yaşasın Şura hökməti!
Ayağının sayəsində
Göyçə tapdı bərəkəti;
Hər şəhərə tel vurdular,
Gəldi güclü inayəti;
Həftədə bir payladılar,
Yaxşı saxladı milləti:
Qaldırıldı ortalıqdan
Dərdü məlalı Göyçənin.

Məhəmmədəm, duaçıyam;
Şura ölkəsi yaşasın!
Artsın şanı, şöhrəti,
Ucalsın səsi, yaşasın!
Hər mahala səddi düşüb,
Söylənir bəhsi, yaşasın!
Qəniminə qan ağladır,
Alır qisası, yaşasın!
Halal olsun yoldaşlara
Əmliyi, balı Göyçənin!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR