Dərc edildi: Baxış sayı: 965
Çoban Məhəmməd - Ay Sənəm, Sənəm
Sübhü şəm dərdindən yahu çəkərəm,
Ölüncə deyərəm: ay Sənəm, Sənəm.
Gözlərimdən qanlı yaşlar tökərəm,
Kirpiyi ox, qaşı yay Sənəm, sənəm!
Bağban olsam, gəl bağçaya, bar apar,
Gəzək, seyr eyləyək bağı bərabar.
Yoxdu yer üzündə sana barabar,
Ərşdə mələklərə tay Sənəm, sənəm!
Buxağın büllurdu, yanağın lala,
Vəsfin təzəlikcə düşüb mahala.
Məhəmmədi döndəribsən abdala,
Eyləyibsən ömrün zay, Sənəm, sənəm!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət