Dərc edildi: Baxış sayı: 676
Çoban Əfqan - Yaz
Əziz dostum, nə düşübsən üstümə,
Bizim əyri-donqar bəylərdən də yaz.
Doğru sözdən qanmayana nə fayda,
Eşşəyə də min kötək vur, kar aşmaz.
Onlarınkı odur salasan dama,
Saman yedirdəsən sübhü axşama.
Üç gündə bir dəfə verəsən xama,
Kimi bihuş ola, kimi də nasaz.
Yerdə qalanlara çəkdirəsən cüt,
Verəsən əlinə bir dənə də küt.
Bəlkə onda bilə bu it oğlu it,
Kimlərə qış olur, kimlərə də yaz.
Çoban Əfqan görmək istəmir bəyi,
Nə də əlindəki boz dəyənəyi.
Yoxsula da çatar haqqın köməyi,
Qalmaz o da bu dünyada bimuraz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət