Dərc edildi: Baxış sayı: 703
Çoban Əfqan - Yandırır
Bağlayıram gözəllərə dastanı,
Yar atəşi şirin canı yandırır.
Sərraf olan lələ qoyar qiyməti,
Göz görəndə din-imanı yandırır.
Qara tellərinə ətirlər vurur,
Gizlincə dayanır, daldada durur.
Gözə qorux yoxdur, çıxanda görür,
Bir baxışı min cavanı yandırır.
Bazarı Yusifin böyük bazarı,
Artırır ürəkdə dərdi, azarı.
Sinədə bəslənən Hindistan narı,
Əfqan kimi binəvanı yandırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət