Dərc edildi: Baxış sayı: 686
Çoban Əfqan - Vədəsində
Qədir mövlam, aman vermə dumana,
Buyurur dağları köç vədəsində.
Yağış yağar al-qumaşlar islanar
İncitmə gözəli köç vədəsində.
Üstündən yeriyir Qazax elləri,
Dal gərdənə töküb siyah telləri.
Gümüş kəmər, çox sıxırsan belləri,
İncitmə gözəli köç vədəsində.
Gözəl, sənin o gözlərin piyala,
Əfqanı salmısan yüz min xəyala,
Açılıb kalağay, boynuna dola,
İtirmə hayıfdır köç vədəsində.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət