Slimfit
  1. ƏDƏBİYYAT

Çoban Əfqan - Saraltdın məni

Çoban Əfqan - Saraltdın məni
Sakura

Çoban Əfqan - Saraltdın məni

Bir gül idin bitmiş idin bağçada
Vermədin bir dənə saraltdın məni.
Mən aşiqəm bu bağa,
Bu bağçaya, bu bağa,
Sən bir ətirli gülsən,
Mən bağbanam bu bağa.
Alnını, üzünü, həm dodağını,
Görməyə qoymadın saraltdın məni.

Mən səni sevmişəm bağçacan, barcan,
Sən məni sevmədin bir dənə narcan.
Mən aşiqəm mehriban,
Bülbül gülə mehriban,
Hər kəslə küslü olsam,
Sənə ollam mehriban.
Çəkib həsrətini qaldım yarıcan,
Ölməyə qoymadın saraltdın məni.

Mən səni sevəli gör neçə ildi,
Qaşların çevrəsi bir dəstə güldü.
Mən aşiqəm bir dayan,
Sən bir yeri, bir dayan,
Çox yanmışam oduna,
Deyirsən ki, bir də yan...
Mənimlə danışan o dadlı dildi,
Ötməyə qoymadın saraltdın məni.
 
Yazıram bu şeiri yazın əzəli,
Tökülsün üstünə gülün xəzəli.
Mən gedirəm o yana,
Bu dünyadan o yana,
Bu dünya haram olsun,
Öz yarından doyana.
Əfqan unudarmı səntək gözəli,
Ölməyə qoymadın saraltdın məni.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR