Dərc edildi: Baxış sayı: 755
Çoban Əfqan - İnciməzmi
Ləzzət çəkin, kef də görün, a bəylər,
Sizə qulluq edən ac, inciməzmi?!
Sizin evinizdə buğda çörəyi,
Bizdə darı bişir, sac inciməzmi?!
Sizin libasınız İran kişmiri
Bizim libasımız dəridir, dəri!
Bizim arvad quldur, sizinki pəri,
Ondan alırsınız bac, inciməzmi?!
Xoşuma gəlməyir bu qurğu, busat,
Çünki qəlbim olub çoxdan narahat.
Ellərin üzünə gülməyir həyat,
Əfqan, insan olan heç inciməzmi?!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət