Dərc edildi: Baxış sayı: 651
Çoban Əfqan - Görünmür
O çarxı fələkdən şikayətim var,
Çünki onda bir ədalət görünmür.
Verib ağaların əlinə bizi,
Çəkdiyimiz ağrı, zillət görünmür.
Bu necə əyyamdır, necə zamandır?
Ürəklər qan ağlar, Allah amandır!
İşləyən rəiyyət, keyf çəkən xandır,
Ağlayana bir inayət görünmür.
Çoban Əfqan yazır dastan, a dostlar?
Bax bu qəmdən, bax bu yasdan, a dostlar!
Haradadır şiri Aslan, a dostlar!
Onda olan zor, şücaət görünmür.
1914-cü il
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət