Dərc edildi: Baxış sayı: 683
Çoban Əfqan - Gəlib gedir
Oyan baxtım, nə yatmısan bixəbər,
Bax belə yerlərdən yaz gəlib gedir.
Göllər üstə seyrə çıxmış sonalar
Qatarlaşıb quba-qaz gəlib gedir.
Qarışıbdır bir-birinə qoyun, mal,
Köç yeriyir tozlu yolla dalbadal,
A bu dünya, görüm səni viran qal,
Səndən üzü gülən az gəlib gedir.
Pristav da Xan bulağı qoruyur,
Divan kəsir, haqq-nahaqq yarıyır.
Coban Əfqan bu zülmətdə qarıyır,
Kim deyir ömrümüz saz gəlib gedir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət