CNN telekanalı Donald Trampı məhkəməyə verib
CNN telekanalı ABŞ prezidenti Donald Tramp və onun bir neçə köməkçisinə qarşı məhkəmə iddiasını verdiyini bildirib. İddiada telekanal CNN müxbiri Cim Akostanın Ağ Evdəki işinin akkreditasiyasının dərhal bərpası tələb olunur.
Akkreditasiyanın fəaliyyəti keçən həftə Ağ Evdəki mətbuat konfransında CNN müxbiri və ABŞ prezidenti arasında olan şifahi mübahisədən sonra dayandırılıb. Donald Tramp müxbitin suallarına cavab vermək istəmədiyini bildirəndə, müxbir aparatın əməkdaşına mikrofonu verməkdən imtina etdi ki, bu da akkreditasiyanın geri qaytarılmasının səbəbi oldu.
İddia Vaşinqton məhkəməsinə (Kolumbiya vilayəti) verilib. İddiaçılar sırasında CNN telekanalının özü və Akosta var. Cavabdeh qismində Donald Trampdan başqa, aparatın rəhbəri Con Kelli, onun müavini Bill Şayn, prezidentin mətbuat katibi Sara Sanders, mühafizə xidmətinin direktoru Rendolf Alles qeyd olunub.
Ağ Ev nümayəndələri artıq bildiriblər ki, onlar özlərinin haqlı olduğunu müdafiə etmək niyyətindədir. Sara Sanders bildirib ki, “CNN-in etdiyi ictimaiyyətə jestdir. Telekanalın Ağ Evdə akkreditasiya olunmuş 50-ə yaxın əməkdaşı var, Akosta isə 1-ci düzəliş və ABŞ konstitusiyasına əsasən, digər müxbirlərdən fərqlənmir (söz, mətbuat, toplaşma və inanc azadlığına olan hüquqlar)”.
Mənbə: Kommersant.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət