Slimfit
  1. MARAQLI

Çiyələyin faydaları və istehlak qaydaları

Çiyələyin faydaları və istehlak qaydaları
Sakura

Çiyələyin faydaları və istehlak qaydaları

Mövsümü gəldiyindən çiyələyə tələbat artır. Odur ki, çiyələk alarkən istehlakçıların diqqət etməli olduqları məqamlar var. Foodinfo.az bu barədə məlumat təqdim  edir:

Nəzərə almaq lazımdır ki, bu giləmeyvənin insan orqanizminə faydaları olduqca böyükdür. A, B və C vitaminləri ilə zəngin olan çiyələk orqanizm tərəfindən asanlıqla həzm olunur. Gün ərzində 7-8 ədəd çiyələk istehlak etmək günlük C vitamini normasını ödəyir.

Çiyələk torpaqda yetişdiyi üçün istehlak etməzdən öncə mütləq şəkildə bol su ilə yuyulmalı və üzərindəki torpaq hissəcikləri təmizlənməlidir.

Təbii və keyfiyyətli məhsulu seçərkən çiyələyin mövsümü olmasına və rənginə, ətrinə xüsusi diqqət edilməlidir. Alimlər düşünür ki, çiyələyin rəngi onun tərkibində olan zülalların zənginliyindən asılıdır. Çiyələk nə qədər parlaq olsa, bu  onun tərkibində bir o qədər bol və faydalı zülalların mövcudluğundan xəbər verir.

Asanlıqla xarab ola biləcək yetişmiş çiyələklər bir neçə gün ərzində istehlak edilməlidir. Çiyələyi 1 həftə müddətinə soyuducuda, 6 aya qədər isə dondurucuda saxlamaq mümkündür.

Çiyələklərin həddindən artıq istehlakı insan orqanizmində diareya və qaz, qaraciyər xəstəliyi, sarılıq, tənəffüs yollarının ağrısı və şişməsi (iltihabı), artrit, sinir gərginliyi, su tutma (ödəm), böyrək xəstəlikləri, böyrək daşları, yüksək hərarət, allergik reaksiyalar və s. kimi xəstəliklərə səbəb ola bilər.

Bəzi insanlarda çiyələyə qarşı allergiya olur. Bunun qarşısını almaq və bu faydalı giləmeyvəni dadmaqdan məhrum olmamaq üçün onu süd məhsulları ilə birgə yemək tövsiyə edilir.

Çiyələkdən və onun yarpaqlarından orqanizmin müxtəlif xəstəliklərə qarşı immunitetini gücləndirmək üçün istifadə edilir. Çiyələk şirin giləmeyvə olduğu üçün tərkibində şəkərlərdən qlükoza, fruktoza və saxarozaya rast gəlinir.

Bəziləri market və supermarketlərdə satılan iri və ya çox böyük olan çiyələklərin geninə müdaxilə edildiyini düşünürlər. Lakin bu daha çox çiyələyin çeşidindən asılıdır. İri və böyük olan bu çiyələk çeşidləri ölkəmizə daha çox Amerikadan idxal edilir. Son dövrlərdə piştaxtalarda öz yerini alan iri və ya böyük, fərqli forma və görünüşdə olan bu  çiyələk çeşidlərinə iqlim şəraitinin təsiri də az deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR