Slimfit
  1. DÜNYA

Çinin Quranı yenidən yazmaq niyyətinə sərt etiraz

Çinin Quranı yenidən yazmaq niyyətinə sərt etiraz
Sakura

Çinin Quranı yenidən yazmaq niyyətinə sərt etiraz

"Çinin bu addımı Qurana müdaxilədir, belə hal heç bir zaman qəbul edilməyib, edilə də bilməz”.

Sfera.az-a açıqlamasında bu sözləri Çin hökumətinin Quran, İncil və Buddist Sutrasının Maoist Çin Kommunist Partiyasının ideologiyasına uyğun yenidən yazılmasına qərar verməsinə münasibət bildirərkən dinşünas Elşad Miri deyib:

"Bu hal əslində Allahın göndərdiyi kitaba müdaxilə sayıla bilər. Çinin bu fonda yazacağı kitab "Made in Çin” adlı bir kitab olacaq. Amma Qurani-Kərim faktiki olaraq Allah tərəfindən göndərilən bir kitabdır. Heç Məhəmməd Peyğəmbərin özü belə onu yazmayıb”.

E. Miri düşünür ki, bəlkə də Çin həmin hərəkətilə Qurandakı, habelə İncil və Buddizmdəki ayələrin özünə uyğun olaraq təsbitini vermək, yozmaq istəyinə düşüb: "Amma bunun özünün də bir əsası olmalıdır. Halbuki Allah kitabında deyir ki, Quranı Allah özü açıqlayıb, həm də ətraflı şəkildə izah edib. Bu izah olandan sonra Çinin bu istiqamətdə məqsədinin nə olduğunu bilmirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR