Slimfit
  1. SİYASƏT

Çingiz Mustafayevin çəkdiklərini gözlərimlə gördüm – XOCALI SOYQIRIMININ ŞAHİDİ

Çingiz Mustafayevin çəkdiklərini gözlərimlə gördüm – XOCALI SOYQIRIMININ ŞAHİDİ
Sakura

Çingiz Mustafayevin çəkdiklərini gözlərimlə gördüm – XOCALI SOYQIRIMININ ŞAHİDİ

Bəşəriyyətə qarşı XX əsrdə törədilmiş ən qəddar, ən dəhşətli cinayətlərdən biri – Xocalı soyqırımı... Həmin faciənin şahidləri üçün 1992-ci il fevralın 26-sı həyatlarının ən ağır günü oldu. Xocalı soyqırımı nəinki Azərbaycanda, hətta dünyada yaşayan bütün həmyerlilərimizin qəlbində dərin bir yara açdı. İnsanlığa, cəmiyyətə, dünyaya qarşı olan böyük vəhşilik kimi yadda qalan o gecədə şəhər yerlə-yeksan edildi, 613 dinc sakinimiz bir gecənin içində insanlığa sığmayan şəkildə qətlə yetirildi. Cəsədlər üzərində vandalizm əməlləri həyata keçirildi. Xatirimizdə ən ağrılı gün kimi qalan həmin o faciənin ağrısını bu gün də 32 il bundan əvvəlki kimi yaşayırıq.

Ens.Az-ın məlumatına əsasən,Ermənilərin Xocalıda törətdiyi müsibətləri AZƏRTAC-la bölüşən Aqil Məmmədov faciə baş verən zaman 19 yaşında olduğunu deyib: “O zamanlar mən Tibb İnstitutunda (indiki Azərbaycan Tibb Universiteti) təhsil alırdım. Həmin gün Ağdam istiqamətində idim, gecə anamgil zəng edib ermənilərin Xocalıya hücuma keçdiklərini dedilər. Tez kəndimizə doğru yola düşdüm. Ermənilər artıq kəndlərin çoxunu gülləbaran etmişdilər. Çətinliklə də olsa qohumlarımızı Xocalıdan çıxara bildik. Qəddar erməni separatçıları heç kimə rəhm etmirdilər. Onlar qadınları, qocaları, hətta körpə uşaqları da öldürürdülər. Xocalı faciəsindən 32 il keçməsinə baxmayaraq, onun ağrısı hələ də ürəklərimizi göynədir”.

Hər il fevralın 26-sı o gecəni yaşamış insanlar üçün yenidən təkrarlanır

A.Məmmədov söyləyib ki, xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular: “Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmışdı. Onlar insanların başlarını kəsir, gözlərini çıxarır, dərisini soyur, diri-diri yandırır və başqa dəhşətli əməllər törədirdilər. Həmin ağrılı günləri unutmaq bizim üçün çox çətindir. Rəhmətlik Milli Qəhrəman Çingiz Mustafayevin həmin gecə meşələrdə çəkdiyi faciəli hadisələrin hər birini öz gözlərimlə gördüm. Gördüklərimin hər gün gözlərimdə yenidən canlanması dəhşətdir. Sanki hər an, hər dəqiqə o vəhşət kinolent kimi adamın gözləri önündən keçir.. Həmin faciəni hər il yaşayanlar sanki yenidən o gecəyə geri dönürlər. İliklərimizə kimi hiss etdiyimiz, yaşadığımız ağrıları kəlmələrlə ifadə etmək çox çətindir. Sanki sözlər acizdir bu hisslərin qarşısında. Soyqırımın unudulması, gələcəyimizin unudulması deməkdir. Bu faciəni hələ də qəlbimizdə yaşayırıq”.

Ermənilərin öldürdüyü bacı-qardaşlarımızın, ata-analarımızın, balalarımızın ruhu indi şaddır

Faciənin şahidi deyib ki, Xocalıda yaşayacağı günlərə az qalıb. “Aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radiolarda verilişlər hazırlanır.

44 günlük Vətən müharibəsində başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla qəhrəman əsgər və zabitlərimizin sayəsində, şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad olundu. Xocalıya da üçrəngli bayrağımız sancıldı. Bax, budur ədalət! O torpaqlarda ermənilər tərəfindən öldürülmüş bacı-qardaşlarımızın, ata-analarımızın, balalarımızın ruhu indi şaddır”, - deyə o bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR