Slimfit
  1. DÜNYA

Çində keçmiş məmura 12 il həbs cəzası verilib

Çində keçmiş məmura 12 il həbs cəzası verilib
Sakura

Çində keçmiş məmura 12 il həbs cəzası verilib

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin intizam komissiyasının sabiq üzvü Can Huavey korrupsiya əməllərinə görə məhkəmənin qərarı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

AZƏRTAC xəbər verir ki, Pekin şəhər məhkəməsində keçmiş məmur haqqında aparılan prosesdə onun 2006-2014-cü illərdə müxtəlif vəzifələrdə çalışarkən 32,85 milyon yuan (təxminən 4,76 milyon ABŞ dolları) rüşvət aldığı sübuta yetirilib. Bundan başqa, 2 milyon yuan cərimə ediləcək Can Huaveyin qanunsuz yolla əldə etdiyi əmlakı da müsadirə olunacaq.

Sabiq məmur məhkəmədə yekun sözündə qərarla razılaşdığını, apelyasiya şikayəti verməyəcəyini bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR