Slimfit
  1. DÜNYA

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
Sakura

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Çin Xalq Respublikasının yaranmasının ildönümü münasibətilə bir həftəlik bayram tətilinin ilk günündə - oktyabrın 1-də dəmir yolu nəqliyyatı ilə 17,133 milyon sərnişin daşınıb.

AZƏRTAC Çin Dövlət Dəmir Yolu Korporasiyasına istinadla xəbər verir ki, bu, ötən ilin eyni gününə olan göstəricidən 886 min nəfər və ya 5,5 faiz çoxdur. Proqnozlara görə, Çində bayram günlərində dəmir yolu ilə 142 milyon sərnişin daşınacaq ki, bu da ötən ilin müvafiq göstəricisindən 8,8 faiz çoxdur. Sərnişin sayının çox olması nəzərə alınaraq ölkənin müxtəlif bölgələrindən Pekin, Şanxay, Şencen də daxil olmaqla Çinin böyük şəhərlərinə əlavə qatarlar yola salınır.

Son illər Çində dəmir yolu nəqliyyatı ilə səyahət populyar olub. Qeyd etmək lazımdır ki, Çin dünyada ən geniş dəmir yolu şəbəkəsinə malik ölkədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR