Slimfit
  1. SİYASƏT

Çindao rəhbərliyi Azərbaycana səfərə dəvət edildi

Çindao rəhbərliyi Azərbaycana səfərə dəvət edildi
Sakura

Çindao rəhbərliyi Azərbaycana səfərə dəvət edildi

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı və Çin Xalq Respublikasının Çindao şəhərinin mer müavini Lyu Cyancinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında videokonfrans keçirilib.

Bu barədə "Report"a Аzərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, COVID-19 pandemiyasının dünyada yaratdığı mövcud vəziyyət Çində yüksək texnologiyalardan istifadə etməklə görüşlərin və tədbirlərin onlayn keçirilməsi tendensiyasını formalaşdırıb.

Videokonfrans zamanı şəhər rəhbərliyi Çindao şəhərində yaradılmış “Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Ticarət-İqtisadi Əməkdaşlıq Zonası”nın təqdimatını etmiş və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ailəsinin fəal üzvü olan Azərbaycanı bu platformadan istifadəyə dəvət edib.

Sözügedən zonada Azərbaycan məhsulları, ölkənin logistik imkanlarının və turizm potensialının nümayiş və təşviq etdirilə biləcəyi ölkə pavilyonunun yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüş çərçivəsində Azərbaycan-Çin siyasi əlaqələrinin bütün sahələrdə əməkdaşlığı genişləndirmək üçün imkanlar yaratdığı qeyd olunaraq, ŞƏT çərçivəsində əməkdaşlıqla yanaşı, Çindao şəhəri ilə ikitərəfli əsasda ticarət-iqtisadi, enerji, nəqliyyat-logistika, turizm və mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi qərarlaşdırılıb.

Görüşün sonunda Çindao şəhər rəhbərliyi Azərbaycana səfərə dəvət edilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR