Dərc edildi: Baxış sayı: 278
“Çinar” şokoladlarının istehsalçısına yeni rəhbər gətirilir
“Gəncə Qənnadı” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, yığıncaq cari ilin iyunun 28-də saat 11.00-da cəmiyyətin Gəncə şəhəri, Şəmkir şossesi 1 nömrəli ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə 2023-cü ilin yekunlarına dair idarə heyətinin hesabatı, idarə heyəti, müşahidə şurası və təftiş komissiyası sədrinin və üzvlərinin seçilməsi, cəmiyyətə məxsus istismara yararsız əsas vəsaitlərin silinməsi və digər məsələlər daxildir.
Qeyd edək ki, “Gəncə Qənnadı” “Çinar” şokoladlarının istehsalçısıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət