Dərc edildi: Baxış sayı: 528
Çin XİN: Ölkəmizlə nəqliyyat əlaqələrinin kəsilməsi yolverilməzdir
Çinin xarici işlər naziri Van Yi koronavirusun törətdiyi yeni tipli pnevmoniya səbəbindən ölkə ilə nəqliyyat əlaqələrinin kəsilməsinin yolverilməz olduğunu bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, pakistanlı həmkarı Şah Maxmud Kureşi ilə telefon söhbətində çinli nazir Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə baxmayaraq, bir sıra ölkələrin Çinlə gediş-gəlişə bütövlükdə qadağa qoyduqlarını xatırladıb:
“Kimlərinsə çətin vəziyyətə düşdüyü bir vaxtda atılan bu kimi addımlar beynəlxalq əməkdaşlıq baxımdan məqbul sayıla bilməz”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət