Slimfit
  1. DÜNYA

Çin müdafiə büdcəsini 7,5 faiz artırır

Çin müdafiə büdcəsini 7,5 faiz artırır
Sakura

Çin müdafiə büdcəsini 7,5 faiz artırır

Çin 2018-ci ilə nisbətən bu il ölkənin müdafiə xərcləri üçün nəzərdə tutulan büdcəsini 7,5 faiz çoxaltmağı planlaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu, martın 5-də Pekində işə başlayan 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyasında hökumətin iş planı təqdim edilərkən öz əksini tapıb. Plan sessiyanın gedişində təsdiq üçün səsə çıxarılacaq.

Çinin 2019-cu il üçün müdafiə xərcləri 1,19 trilyon yuan (177,61 milyard ABŞ dolları) səviyyəsində müəyyənləşdirilib. Cari il üçün nəzərdə tutulan 7,5 faizlik artım ötən illə müqayisədə aşağıdır.

Bildirilir ki, artım ölkənin milli təhlükəsizliyinin yaxşılaşdırılmasına və orduda islahatların davamının təminatına yönəldiləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR